HAQQIMIZDA

kuryer və çatdırılma şirkəti
çatdırılma şirkəti

“Mərkəzi Express” MMC

“Mərkəzi Ekspress” MMC 2019-ci ildə fəaliyyətə başlamışdır və hal – hazırda  sürətli poçt daşınma xidmətlərini yerinə yetirir.

“Mərkəzi Ekspress” MMC Azərbaycan Respublikası daxili poçt daşınma xidmətindən əlavə, müştərilər üçün dünyanın istənilən nöqtəsinə Beynəlxalq ekspres poçt va yük göndərişlərinin çatdırılması xidmətini yerinə yetirir.

Təqdim etdiyimiz xidmətlərin zonasını genişləndirmək və  keyfiyyətini yaxşılaşdırmaq üçün daim yerli və dünya bazarında yenilikləri izləyir, komandamızı beynəlxalq təcrübəyə uyğun təlim və təcrübələrdən keçiririk. Fəaliyyətimizin səmərəliliyini və müştəri məmnuniyyətini daim nəzarətdə saxlayırıq.

Komandamız

“Mərkəzi Ekspress” MMC-nin işçi heyəti fəal və məsuliyyətli mütəxəsislərdən təşkil edilmişdir. İşçi kollektivi ilk növbədə yaşlı, sosial müavinətlər alan və maddi cəhətdən aztəminatlı şəxslərdən ibarətdir. Onların peşəkarlığını daha da artırmaq üçün Avropa standartlarına uyğun treninqlər keçirilir.

Kuryer xidmətlərinin inkişaf prosesinin dinamikası bizim şirkətin lider mövqeyinə irəliləməsinə kömək etdi. Müştərilər kefiyyət və stabilliyə üstünlük verir – Biz isə bunu təklif edirik. Xidmətin keyfiyyəti və məktub və bağlamaların vaxtında çatdırılması ən yüksək səviyyədədir. Müştərilər “Mərkəzi Ekspress” MMC-nin nüfuzuna etibar edir.

Bizim müştərimiz olun və bizimlə əməkdaşlığı dəyərləndirin. İstənilən fiziki və ya hüquqi şəxs “Mərkəzi Express” MMC-nin müştərisi ola bilər. Bunun üçün bizim mütəxəsislərə müraciət edin və xidmətlərimizin bütün növlərindən istifadə etməyə başlayın.

sürətli poçt və çatdırılma